Kömək et özüm edim.
“Böyüklər olaraq işimiz öyrətmək deyil,uşağın zehninin inkişaf işində kömək etməkdir”
Özünün “Qavrayıcı şüur” kitabında M.Montessori yazırdı: “Həyatın ən əhəmiyyətli dövrü universitetdə təhsil alan vaxt deyil,doğumdan 6 yaşınadək olan dövrdür.Çünki bu, insan zəkasının formalaşdığı dövrdür,onun ən vacib vasitəsidir. Və təkcə intellekt deyil,onun psixikasının bütün imkanları: Başqa heç bir yaşda uşağın ağıllı yardıma ehtiyacı yoxdur və yaradıcı məhsuldar işinə mane olan hər hansı bir maneə onun mükəməlliyə çatma şansını azaldır.
Uşaqlar özlərini düzgün aparmağı,sakit bir səslə danışıb iş zamanı başqalarına mane olmamağı öyrənir.Kollektiv dərslər zamanı uşaqlar bir birləri ilə rəqabət aparmadan, dostlarının uğurlarından zövq alaraq ünsiyyət qurmağı və əməkdaşlıq etməyi öyrənirlər.Hər kəs nəzərdə tutulan məqsədə çatacağına əmindi.Və birlikdə daha maraqlı və əhəmiyyətli nəticələr əldə edirik.
Montessori mühitinin hazırlanmasında əsas şərtlərdən biri belədir: “ Hər şey üçün yer var və hər şeyin öz yeri var” Hər bir tədris materialının daimi yeri olduğunu uşağın yaddaşına həkk olması vacibdir.
M.Montessori^
“uşaqla ünsiyyətdə əlinizdən gələn hər şeyi etməyə çağırırdı”
“ uşaqda yalnız yaxşı tərəfləri görməyə çalışın və o zaman pisliyə yer qalmayacaq”
- 1988 ci ildə UNESCO-nun qərarı ilə onun adı XX əsrin pedaqoji düşüncə tərzini müəyyənləşdirən 4 pedaqoq siyahısına daxil edilib. C.DUİ,Q.KERŞENŞTEYN,M.MONTESSORİ,A.MAKARENKO.
- Montessorinin portreti 1000 liri bəzəyir.Bu dünyada ilk pedaqoq portireti əks olunan yeganə pul vahididir
Published: Nov 25, 2021
Latest Revision: Nov 25, 2021
Ourboox Unique Identifier: OB-1234572
Copyright © 2021