Tiq tiq xanim
Biri var idi, biri yox idi. Balaca bir yuvada bir qara böcək yaşayırdı. Günlərin bir günü bu böcək dünyanı səyahət etmək və özünə dost axtarmaq qərarına gəlir. Və yuvasından çıxaraq yola düzəlir.
Yolda gül ləçəklərindən özünə don, fındıq qabığından ayaqqabı hazırlayır. Üzünü otların şehi ilə yuyur, gözlərinə sürmə çəkir. Özünə bəzək-düzək vermiş böcək dağı-təpəni aşaraq dost axtarışına davam edir. Və təpələrin birinin üzərində tülkü bəyə rast olur. Tülkü bəy Tık-tık xanımı görəcək deyir:” Tık-tık xanım hara gedirsən belə?” Tık-tık xanım cavab verir:” Çərə gedirəm, çürə gedirəm.
Sənə nə var hara gedirəm Özümə dost axtarıram.” Tülkü bəy tez deyir:” Saçı suray xanım, donu daray xanım gəl mənlə dost olaq. Məndən yaxşı dost tapmazsan”Tık-tık xanım bu sözləri eşidərək fikrə gedir və soruşur:” Tülkü bəy, səninlə dost olsam və səni əsəbləşdirsəm, nəylə döyərsən məni ?”Tülkü cavab verir:” Salaram səni dişlərimin arasına, çeynəyib udaram! “Bu sözləri eşidən Tık-tık xanım ordan qaçır. Bir qədər qaçdıqdan sonra, arxaya çevrilib deyir:” Tülkü bəy, səndən mənə dost olmaz.” Tık-tık xanım öz yoluna beləcə davam edir. Bir xeyli getdikdən sonra bir təpənin üstündə çobana rast gəlir. ÇobanTık-tık xanımı görüb deyir:” Tık-tık xanım hara gedirsən belə?” Tık-tık xanım cavab verir:” Çərə gedirəm, çürə gedirəm. Sənə nə var hara gedirəm Özümə dost axtarıram.” Çoban tez deyir:” Saçı suray xanım, donu daray xanım gəl mənlə dost olaq.
Məndən yaxşı dost tapmazsan” Tık-tık xanım bu sözləri eşidərək fikrə gedir və soruşur:”Çoban, səninlə dost olsam və səni əsəbləşdirsəm, nəylə döyərsən məni?” çoban cavab verir:”Salaram səni çomağımın altına! “ Bu sözləri eşidən Tık-tık xanım ordan qaçır. Bir qədər qaçdıqdan sonra, arxaya çevrilib deyir:” çoban, səndən mənə dost olmaz.” Tık-tık xanım öz yoluna beləcə davam edir. Bir xeyli getdikdən sonra bir yuvanın ağzında dayanmış Siçan bəyə rast gəlir. Siçan bəy Tık-tık xanımı görəcək deyir:” Tık-tık xanım hara gedirsən belə? Tık-tık xanım cavab verir:” Çərə gedirəm, çürə gedirəm. Sənə nə var hara gedirəm Özümə dost axtarıram.” Siçan bəy tez deyir :”Saçı suray xanım, donu daray xanım gəl mənlə dost olaq.
Məndən yaxşı dost tapmazsan “Tık-tık xanım bu sözləri eşidərək fikrə gedir və soruşur :” Siçan bəy, səninlə dost olsam və səni əsəbləşdirsəm, nəylə döyərsən məni ?” siçan cavab verir :”Quyruğuma, yağ çəkərəm, bal çəkərəm, yanağına xal çəkərəm. “ Bu sözləri eşidən Tık-tık xanım sevinir, Siçan bəylə şad xürrəm yaşamağa qərar verir. Bir xeyli Tık-tık xanımla birgə yaşayan Siçan bəy bir gün deyir:” Xan evində ziyafət olacaq. Mən də ora gedərək bizim bir neçə aylıq azuqəmizi yığıb gətirmək istəyirəm.” Tık-tık xanım bildirir ki onunla getmək istəyir. Siçan bəy bildirir ki, bu çox təhlükəlidir və o evdə qalsa yaxşıdır. Siçan bəy xan evinə yola düşür. Evdə tək qalaraq darıxan Tık-tık xanım yaxınlıqda gəzməyi qərara alır.
Gəzərkən evin yanındakı balaca gölməçəyə düşür. Boğulacağını başa düşərək kömək çağırır. Yaxınlıqdan xan evinə ziyafətə gedən qonaqlar onun kömək harayını eşidirlər. Lakin səsin hardan gəldiyini müəyyən edə bilmir. Xanın ziyafətinə gələn bəylər bu haqqda danışanda siçan bəy eşidir və tez tələsik Tık-tık xanımı xilas etməyə gəlir. Gəlib gölməçəyə çatanda əlini uzadıb deyir:” Əlini mənə bəsdərəcik” Tık-tık xanım cavab verir:” Yox, yox mən səndən küsdərəcik. “ Bir neçə dəfə təklif edəndən sonra Tık-tık xanım yenə kömək istəmir. Siçan bəy üzünü çevirib, gölməçədən uzaqlaşmaq istəyəndə, Tık-tık xanım əlini uzadıb onun quyruğundan tutur və gölməçədən çıxır. Siçan bəy Tık-tık xanımı bağışlamır və Tık-tık xanım yenidən tək qalır.
Göydən üç almaq düşdü. Biri mənim, biri özümün, biri də nağıl danışanın
Published: Mar 6, 2021
Latest Revision: Mar 6, 2021
Ourboox Unique Identifier: OB-1067323
Copyright © 2021